Cins şalvar geyinmək günahdır - Dindar

Cins şalvar geyinmək günahdır - Dindar
  28 Aprel 2015    Oxunub:7286
Türkiyəli din xadimi NurəddinYıldız cins şalvar geyinməyin günah olduğunu açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İslam alimlərinin cins şalvarı məsləhət görmədiyini deyib: “Təəssüf ki, indi həm Avropada, həm də Türkiyədə cins şalvar geyinilir. Bu şalvar kafiləri təqlid etmək sayıldığından onu geyinmək olmaz. Hətta avropalılar da cins şalvarları yüksək səviyyəli tədbirlərə gedəndə geyinmirlər. Bu geyim amerikalı çobanların geyimi sayılır. Ümumiyyətlə isə şalvar bizə uyğun geyim deyil. Gərək şalvardan tamamilə imtina edək, amma təssüf ki, belə imkanımız yoxdur”.

Qeyd edək ki, Nurəddin Yıldız bundan əvvəl də nikah mövzusunda danışıb və bildirib ki, 6 yaşlı uşaqla evlənmək olar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti