“Bakı-2015”in məşəli Lənkəranda - FOTOLAR

“Bakı-2015”in məşəli Lənkəranda - FOTOLAR
  30 Aprel 2015    Oxunub:2651
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli aprelin 29-da Naxçıvan Muxtar Respublikasından Lənkərana gətirilib.
Lənkəran şəhərinin Bayraq Meydanında ilk Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Alov festivalının rəmzi qapısında yunan-Roma güləşi üzrə 1997-ci ildə dünya, 1999-cu ildə Avropa çempionu olmuş, beynəlxalq dərəcəli idman ustası Pərviz Qasımzadə məşəli qəbul etdi.

Bayraq Meydanından başlayaraq estafeti 14 lənkəranlı məşəlçi davam etdirdi. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev parkına çatdırdılar.

Yüngül atletika üzrə müəllim Məlahət Tağıyeva məşəli Heydər Əliyev parkında qurulmuş səhnəyə qaldırdı.

M.Tağıyeva Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birlikdə səhnədəki məşəli alovlandırdı.

Qalereya




Teqlər:  





Xəbər lenti