Arşavin “Zenit”dən ayrılır

Arşavin “Zenit”dən ayrılır
  30 Aprel 2015    Oxunub:1760
Rusiyanın “Zenit” klubunun yarımmüdafiəçisi Andrey Arşavin mövsümün sonunda klubu tərk edəcək. Sankt-Peterburq təmsilçisi mövsümün sonunda müqaviləsi bitəcək 33 yaşlı futbolçunun xidmətlərində artıq maraqlı deyil.
AzVision.az-ın məlumatına görə, bu barədə baş məşqçi Andre Villaş Boaş klubun rəsmi saytına bildirib.

“Hələlik, mən bildiyim qədər onlara dair heç bir danışıqlar aparılmır. Klubun məsələ ilə bağlı mövqeyi var. Lakin vəziyyət elə formalaşır ki, onlarla müqavilə imzalanmayacaq. İstənilən halda biz legioner limitinin hansı formada dəyişəcəyini gözləməliyik”, - deyə Villaş Boaş Arşavin və ukraynalı Anatoli Timaşukun klubdakı taleyi barədə sualı cavablandırarkən bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti