“Spartak” erməni futbolçuları qovur

“Spartak” erməni futbolçuları qovur
  01 May 2015    Oxunub:2429
Ermənistan millisinin futbolçuları Yura Movsisyan və Araz Özbilis Rusiyanın “Spartak” klubunun heyətindən kənarlaşdırıla bilər.
AzVision.az-ın “İzvestiya”ya istinadən verdiyi xəbərə görə, “Spartak”ın əsas səhmdarı və direktorlar şurasının sədri Leonid Fedun bu oyunçulara yeni komandaların tapılması barədə göstəriş verib.

Araz Özbilis bu yaxınlarda verdiyi müsahibədə “Spartak”ın baş məşqçisi Murat Yakını sərt şəkildə tənqid etmişdi. Daha sonra Özbilis sözlərinin jurnalist tərəfindən dərişdirdiyini bildirsə də, bu “Spartak”ın onu böyük məbləğdə cərimələməsinin qarşısını almayıb.

25 turdan sonra “Spartak” 42 xalla Rusiya çempionatında 6-cı pilləni tutur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti