Elgiz jurnalistləri toyuna buraxmayacaq

Elgiz jurnalistləri toyuna buraxmayacaq
  02 May 2015    Oxunub:2973
Bir həftədən sonra toyu olacaq tanınmış teleaparıcı Elgiz Əkbər media nümayəndələrini toyuna buraxmayacaq.
AzVision.az xəbər verir ki, aparıcı anspress-ə açıqlamasında, toyun qapalı şəkildə keçiriləcəyini söyləyib:

“Günlərdir jurnalistlər zəng vurub toyda çəkiliş aparmaq istədiklərini bildirirlər. Jurnalistlərin hər birinə böyük hörmətim var, çoxları ilə də dostam. Amma məni üzrlü hesab etsinlər, toyum media üçün təmamilə qapalı şəraitdə keçiriləcək. Qonaqlarımın rahatlığı naminə bu qərarı vermişəm. Dəvət olunanlar arasında tanınmış simalar az deyil, onların mənim məclisimdə sıxılmalarını istəmirəm. Toya gələcək hər kəs mənim əziz qonağımdır, istəmirəm özlərini narahat hiss etsinlər”.

Xatırladaq ki, “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbərin toyu 9 mayda olacaq. Elgiz bəy sevib-seçdiyi Əsmər adlı xanımla ailə həyatı quracaq.


Teqlər:





Xəbər lenti