Güləşçilərimiz 5 medal qazandı

Güləşçilərimiz 5 medal qazandı
  05 May 2015    Oxunub:1945
Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a bildirilib ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

55 kq çəkidə mübarizə aparan Təbriz Yusifzadə bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Mikayıl Rəhmanov (60 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza Murad Allahverdiyev (66 kq) qazandırıb.

Komanda hesabında yığmamız üçüncü pillədə qərarlaşıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edib.


Teqlər:  





Xəbər lenti