İraqda bir gündə 11 partlayış baş verdi

İraqda bir gündə 11 partlayış baş verdi
  29 May 2013    Oxunub:1415

İraqda silsilə terror aktları törədilib
Ümumilikdə 11 partlayış törədilib ki, nəticədə 70 nəfər həyatını itirib. Terror aktlarının hamısı paytaxt Bağdadda baş verib. Şiələrin hədəfə alındığı partlayışların əsas mərkəzlərindən biri Sədr siti səmti olub.

Burada 5 dəqiqə intervalla qeydə alınan iki partlayış nəticəsində 14 nəfər həlak olub. 100-ə qədər insan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara çatdırılıblar.

Onlardan 16-nın vəziyyəti ağırdır. Artıq İraq rəsmiləri də baş vermiş partlayışlarla əlaqədar olaraq xalqa müraciət edərək onları sakitliyə çağırıblar. İraqın təhlükəsizlik əməkdaşlarının verdiyi məlumata görə, terror aktlarını "Əl-Qaidə" silahlıları törədib.


Teqlər:  





Xəbər lenti