“Neftçi” darmadağın edildi

“Neftçi” darmadağın edildi
  09 May 2015    Oxunub:1787
Bu gün Topaz Premyer Liqasında 33 turun 3 qarşılaşması keçirilib.
“Qarabağ” “Xəzər Lənkəran”ın qonağı olub və heç-heçəyə razılaşıb - 1:1. “Qəbələ” səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Turun mәrkәzi oyunu isә “İnter Arena” da keçirilib. “İnter” “Neftçi”ni qәbul edib. Matç meydan sahiblәrinin 4:0 hesablı qәlәbәsi ilә başa çatıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Bakı” - AZAL oyunu ilə yekun vurulacaq. “Araz Naхçıvan” çempionatdan çıхdığından “Simurq” bu turda istirahət edəcək.


Teqlər:  





Xəbər lenti