Məşhur aktrisanın 200 minlik geyimləri oğurlandı

Məşhur aktrisanın 200 minlik geyimləri oğurlandı
  11 May 2015    Oxunub:6306
Hollivud aktrisasi Demi Murun 200 min dollar dəyəri olan geyimləri oğurlanıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Aktrisanın oğurlanan geyimlərinin Hollivudun şimal hissəsindəki anbar yerində saxlanıldığı bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, geyimlərin oğurlanmasını mayın 4-də aktrisanın işçilərindən biri aşkar edib. Hazırda polis axtarış aparır.

Faktlardan biri də budur ki, Demi Murun işçilərindən heç biri son 6 ayda həmin anbarda olmayıb. Oğurluğun keçən il baş verməsi ehtimalı da istisna edilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti