“Niyə avrodan imtina etməliyik” bestseller oldu

“Niyə avrodan imtina etməliyik” bestseller oldu
  29 May 2013    Oxunub:1517
İqtisadçı Juan Ferreyranın “Niyə avrodan imtina etməliyik” kitabı Portuqaliyada bestseller olub. Ferreyra arıqlamaq haqqında bir neçə kitab buraxıb. Onun yeni kitabı isə Portuqaliya bazarı üçün görünməmiş müvəffəqiyyətdir.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Ferreyra əminliklə göstərib ki, borc böhranından zərər çəkmiş Portuqaliyada güclü avro şəraitində sıçrayış etmək imkanı yoxdur. Buna görə də, o, Portuqaliyanın milli valyutasına - eskudoya qayıtmağı məsləhət görüb.

Avropa Birliyi ölkələrinin iqtisadiyyatının inkişafı zamanı tənqidçilər yeni valyutanın tətbiqinə görə qiymətlərin qalxmasından şikayətlənirdilər. Avronun tənqidçiləri hesab edirlər ki, əgər Avropa Birliyi ölkələri öz şəxsi valyutalarından istifadə etsələr, onlar böhrandan daha tez çıxış yolu taparlar.

Avrozonadan ayrılmaq barədə söhbət əvvəlcə Yunanıstan və Kipr barəsində gedirdi. Bundan başqa, iqtisadçılar ittifaqın ən “sağlam” iqtisadiyyata malik ölkələrindən birinin – Almaniyanın Avrozonadan çıxması məsələsini müzakirə edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti