`Azərbaycan var olsun` -Tehranda (VİDEO)

`Azərbaycan var olsun` -Tehranda (VİDEO)
  11 May 2015    Oxunub:3178
Cənubi Azərbaycan paytaxtı Təbirizin "Traktor Sazi" klubunun azarkeşləri yenə Azərbaycanla bağlı şüarlar səsləndiriblər.
Bu , son olaraq İran çempionatının 29-cu turunda Təbriz təmsilçisinin səfərdə Tehranın "İstiqlal" klubu ilə qarşılaşdığı oyunda (4:1) baş verib.

"Traktor Sazi" azarkeşləri matçın gedişatı zamanı "Azərbaycan var olsun", "Yaşasın Azərbaycan" və digər şüarlarla komandalarını dəstəkləyiblər.

Qeyd edək ki, 29 turdan sonra aktivində 57 xal olan "Traktor Sazi" turnir cədvəlinə başçılıq edir.(Qol.az)



AzVision.az


Teqlər:  





Xəbər lenti