Futbolçu oyun zamanı öldü

Futbolçu oyun zamanı öldü
  11 May 2015    Oxunub:2081
Belçikada oyun zamanı futbolçu ölümü baş verib.
AzVision.az xəbər verir ki, ürəyi tutan Belçikanın "Bershot Vilreyk" klubunun 23 yaşlı futbolçusu Tim Niko xəstəxanada dünyasını dəyişib.

Onu süni koma vəziyyətindən ayıltmaq mümkün olmayıb.

Qeyd edək ki, bu Belçikada qeydə alınan ikinci hadisədir. Belə ki, aprelin sonlarında "Lokeren"in müdafiəçisi Qreqori Martensin "Genk"lə oyun vaxtı ürəyi tutub. Özünə gələ bilməyən Martens xəstəxanada keçinib.

AzVision.az


Teqlər:





Xəbər lenti