Məşəl bu dəfə Tərtərdə - Fotolar

Məşəl bu dəfə Tərtərdə - Fotolar
  13 May 2015    Oxunub:1833
Birinci Avropa Oyunlarının məşəli Tərtərdə coşqu ilə qarşılanıb.
Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər.

Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırıb.

Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam edib.

Qalereya




Teqlər:





Xəbər lenti