Başı bəlalı yapon gözəli – FOTOLAR

Başı bəlalı yapon gözəli – FOTOLAR
  13 May 2015    Oxunub:9999
Yaponiyada gözəllik yarışmasında birinci olan 21 yaşlı modelin irqi ayrı-seçkiliyə görə tacının əlindən alınması tələb olunur.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Ariana Miyamatonun atası amerikalı, anası isə yapon olduğundan o, sıravi yapondan fərqlənir.

Kiçik yaşlarından bəri dərisinin rənginə görə ayrı-seçkiliyə məruz qaldığını deyən model yarışmaya qatılmağının da səbəbini elə bununla izah edib.

A.Miyamato deyib ki, məqsədi Yaponiyadakı belə irqi ayrı-seçkiliyi aradan qaldırmaqdır: “İdealım Naomi Kembelldir. O, podiumda ilk qaradərili modellərdən biri kimi yenilik gətirib, mən də Yaponiyadakı sterotipləri dağıtmaq istəyirəm”.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti