`Azərbaycan əsl futbol ölkəsi olacaq` – Prosineçki

`Azərbaycan əsl futbol ölkəsi olacaq` – Prosineçki
  14 May 2015    Oxunub:2019
"Güclü futbolçuların gələcəkdə yaxşı məşqçi olacağını düşünmək düzgün deyil. Mən futbolçu olaraq hər zaman uğur qazanmışam. Məşqçi kimi də oyunçularımın uğur qazanmasına çalışıram".
Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki goal.com saytına deyib.

O, Azərbaycan futbolunun potensialı olduğunu vurğulayıb: "Azərbaycanda futbolun yaxşı gələcəyi ola biləcəyinə inanıram. Bu ölkədə bacarıqlı, gənc futbolçular var. Azərbaycanda futbolun inkişafı üçün ciddi işlər görür".

Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycanın əsl futbol ölkəsi olacağına inanır: "Azərbaycan əsl futbol ölkəsi olmaq istəyir. Onlar yavaş-yavaş buna nail olacaqlar".


Teqlər:  





Xəbər lenti