"Traktorsazi" çempion ola bilmədi

"Traktorsazi" çempion ola bilmədi
  16 May 2015    Oxunub:1985
İran çempionatında 2014/2015 mövsümünə yekun vurulub.
Son tura kimi lider olan Təbrizin "Traktor Sazi" klubu öz meydanında "Naft Tehran"ı qəbul edib.

Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaqdı. Ancaq Təbriz təmsilçisi buna nail ola bilməyib. Hesabda 3:1 hesabı ilə irəlidə olan "Traktor Sazi" üstünlüyünü sona kimi qorumağı bacarmayıb. 64-cü dəqiqə azlıqda qalan komanda qalan dəqiqələrdə iki qol buraxıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Bu nəticə ilə xalını 58-ə yüksəldən "Traktor Sazi" turniri ikinci pillədə başa vurub.

Son turda doğma meydanda "Saypa"ya 2:0 hesabı ilə qalib gələn "Sepahan" 59 xalla İran çempionu olub. "Naft Tehran" isə turniri üçüncü pillədə başa vurub.


Teqlər:





Xəbər lenti