“Bakı-2015”-ə Amerikada da baxacaqlar

“Bakı-2015”-ə Amerikada da baxacaqlar
  16 May 2015    Oxunub:1765
"Bakı-2015" I Avropa Oyunları Mərkəzi və Cənubi Amerikada da yayımlanacaq.
AzVision.az-ın məlumatına görə, yayımla bağlı "America Movil" şirkəti ilə müqavilə imzalanıb.

2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş yayım şirkəti Avropa Oyunlarını filialı vasitəsilə Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikası boyunca bütün media platformalarında yayımlayacaq.

Yeni yayım sazişi haqda fikirlərini bildirən "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq məqsədin Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşmək olduğunu deyib. O bildirib ki, Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti