`Xoşqədəm evə gecə saat 4-də gəlir` - Həyat yoldaşı

`Xoşqədəm evə gecə saat 4-də gəlir` - Həyat yoldaşı
  19 May 2015    Oxunub:7699
`Ona şərt də qoymuşam ki, əşyalarını toplasın...`
Həyat yoldaşım işi ilə əlaqədar gecə 3-4-də evə gəlir. O vaxta qədər mən də yuxusuz qalıram.

Bu sözləri Türkiyənin tanınmış müğənnisi, Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş “Sən tək deyilsən” verilişində deyib.

O, bildirib ki, Xoşqədəm Hidayətqızını Türkiyəyə aparmaq istəyir.

“Mənim İstanbulda işlərim var. Bu yaxınlarda albom çıxaracam. Serialdan təklif almışam. Məcburən İstanbulda qalmalıyam və istəyirəm ki, həyat yoldaşım da yanımda olsun. Səhər yeməyi tək yeyirəm, gecə saat 3-4-ə qədər oyaq oluram. Xoşqədəmlə işi əlaqədar bir yerdə az vaxt keçiririk. Mən də ata olmaq istəyirəm. Ona şərt də qoymuşam ki, əşyalarını toplasın İstanbula gedirik”, - deyə müğənni bildirib.

Doğuşun bu sözlərinə cavab olaraq Xoşqədəm deyib ki, bu barədə fikirləşib qərarını açıqlayacaq. (Ans)


Teqlər:





Xəbər lenti