AFFA `Qarabağ`ı cərimələdi

AFFA `Qarabağ`ı cərimələdi
  19 May 2015    Oxunub:2130
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az -ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK-nin iclasında Azərbaycan Premyer Liqası klublarından təkcə `Qarabağ`ın cəzalandırılması ilə bağlı qərar verilib.

Azərbaycan Premyer Liqasının 34-cü turunun `Qarabağ` – `Sumqayıt` matçı başa çatdıqdan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti