Merkel: “Almaniya Suriyaya silah göndərməyəcək”

Merkel: “Almaniya Suriyaya silah göndərməyəcək”
  30 May 2013    Oxunub:1204
Almaniyanın kansleri Angela Merkel bildirib ki, Almaniya Avropa Birliyinin qərarına baxmayaraq Suriya üsyançılarına silah göndərməyəcək.
AzVision.az xarici mətbuatına istinadən məlumat verir ki, Merkel söyləyib ki, digər ölkələrin embarqoya münasibətlərindən asılı olmayaraq, Almaniya heç bir şəraitdə Suriyaya silah göndərməyəcək.

Daha əvvəl bildirilmişdi ki, Böyük Britaniya digər ölkələrlə birgə Suriyaya silah göndərəcək. Fransa da Suriya üsyançılarını silahla təmin edəcək, lakin konkret nə vaxt addım atacağı məlum deyil.

Hazırkı mərhələdə Suriya müxalifətinə silah göndərilməsi məsələsi barədə Avropa Birliyi qərar verməyəcək, bunu birliyə üzv olan hər bir ölkələr öz maraqları üzrə həll edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti