Kanada İranla ticarətə qadağa qoydu

Kanada İranla ticarətə qadağa qoydu
  30 May 2013    Oxunub:1073
Rəsmi Ottava bunu Tehranın nüvə proqramından imtina etməməsi ilə əsaslandırır
Kanada İrandan idxal və ixraca qadağa qoyub. Rəsmi Ottava bunu Tehranın nüvə proqramından imtina etməməsi ilə əsaslandırır. Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İranın nüvə proqramına dair danışıqlar nəticəsiz başa çatıb.

Bundan başqa, rəsmi Tehran Altılıq üzvləri ilə danışıqlarda da güzəştə getmək istəmir. Bu isə Kanadanı sərt tədbirlər görməyə vadar edir. Ottava İranın 112 hüquqi və fiziki şəxsini də qara siyahıya salıb. Kanada vətəndaşlarına İranla istənilən sahədə əməkdaşlıq qadağan olunub.

AzVision


Teqlər:





Xəbər lenti