Alkoqolu əvəz edəcək "sevgi hormonu"

Alkoqolu əvəz edəcək "sevgi hormonu"
  28 May 2015    Oxunub:3874
“Sevgi hormonu” adlandırılan oksitosin hormonu alkoqolu əvəzləyəcək və bir sıra xəstəliklərin müalicəsində səmərəli vasitəyə çevriləcək.

Trend xarici mətbuata istinadən xəbər verir ki, Birtaniya alimləri belə nəticəyə gəliblər ki, oksitosin hormonunun insan orqanizminə təsiri alkoqolun təsirinə bənzəyir. İnsan sevgi və alkoqol sərxoşluğu halında daha həssas, daha səxavətli, daha inanan və sentimental olur.

Bu, təkcə bir-birinə aşiq olmuş cütlüklərə aid deyil. Məsələn, övladını bağrına basan ana, hətta itini tumarlayan sahib özündə bu hormonun təsirini hiss edir.

Lakin maraqlı da olsa, məhz bu hormon alkoqol kimi müəyyən vəziyyətlərdə təcavüzkarlıq hissi yarada bilər. Tədqiqatlar göstərib ki, psixi cəhətdən xəstə olan insanların qanında oksitosinin miqdarı normadan 10 dəfə çox olur.

Ola bilər ki, doğuş zamanı ananın orqanizmində övladı ilə emosional rabitəni gücləndirmək üçün ifraz edilən hormonun təcavüzkarlıq yaratması kimlərəsə qəribə görünsün. Amma bu məsələ Britaniya alimlərini qətiyyən təəccübləndirmir.

Alimlər hesab edir ki, oksitosinin bütün bu heyrətamiz xüsusiyyətləri onun autizm və anoreksiya kimi xəstəliklərin müalicəsində də istifadəsi üçün geniş imkanlar açır.


Teqlər:





Xəbər lenti