Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqlar respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.
Dənizkənarı Milli Parka toplaşanlar ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində möhtəşəm görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını maraqla seyr ediblər. (Azərtac)