92 yaşlı qadın qaçış üzrə birinci oldu

92 yaşlı qadın qaçış üzrə birinci oldu
  02 İyun 2015    Oxunub:1879
Amerikalı Harriett Tompson dünyada marafon distansiyasının öhdəsindən müvəffəqiyyətlə gəlmiş ən qoca qadın oldu.
Trend xarici mətbuata istinadən məlumat verir ki, 92 yaşlı H.Tompson San-Dieqoda 7 saat, 24 dəqiqə və 36 saniyə ərzində qaçış marafonu edib. O, 56 yaşlı oğlu Brenninin müşayiəti ilə finiş xəttini keçib.

H.Tompsonun rekordu yenilədiyi vaxt yaşı 92 il 65 gün olub. Bundan əvvəlki nailiyyəti isə 2010-cu ildə Qonoquluda yaşı 92 il, 19 gün olan Qledis Berrill əldə etmişdi.


Teqlər:





Xəbər lenti