ABŞ və AB Türkiyədəki hadisələrə münasibət bildirdi

ABŞ və AB Türkiyədəki hadisələrə münasibət bildirdi
  01 İyun 2013    Oxunub:1747
“Türkiyənin Avropada yeri varmı?!”
ABŞ Dövlət Departamenti və Avropa Birliyi hökumətin Türkiyənin Taksim meydanındakı Gezi parkının ərazisində ticarət və əyləncə kompleksləri ucaltmaq planlarına qarşı yönəlmiş etiraz aksiyasını dağıdılması zamanı polisin aksiyaçılara qarşı zor tətbiq etməsi hallarını tənqid edib. Bu barədə AzVision.az Hüriyyet Daily News-a istinadən məlumat verir.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirir ki, polisin aksiyaları yatıran zaman etirazçılara xəsarət yetirməsi halları Vaşinqtonu narahat edir.

“Biz inanırıq ki, Türkiyənin uzunmüddətli sabitliyi, təhlükəsizliyi və rifahını fundamental azadlıq təmin edir. Belə görünür ki, etirazçılar bu gün sərbəst toplaşma hüquqlarından istifadə ediblər. Sağlam Demokratiya olan yerdə bu kimi azadlıqların təmin edilməsi çox vacibdir”, deyə Psaki bildirib. O, əlavə edib ki, “Amnesty İnternational” təşkilatının polis zorakılıqlarını qınayan hesabatları ilə tanış olublar.

Psaki polisin gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdiyi ərazinin böyük otellərin turistlərin sıx yerləşdiyi ərazidə yerləşdiyinə xüsusi diqqət çəkib və ABŞ vətəndaşlarının Türkiyə səfərini təmin edən turist agentliklərinə xəbərdarlıq göndəriləcəyini bildirib. Qeyd edib ki, hadisələrin sonrakı inkişafını yaxından izləyəcəklər.

Avropa Birliyi Komissiyası isə İstanbuldakı olaylarla bağlı bir gündə iki açıqlama ilə çıxış edib. Daha sərt ifadələrə yer verilən ikinci bəyanatda Türkiyə təhlükəsizlik qüvvələrinin qeyri-adekvat və ifrat güc tətbiqi pislənib: “Avropa Birliyi olaraq söz azadlığı və sərbəst toplaşmaq azadlığı da daxil olmaqla, təməl insan hüquqlarının əhəmiyyətini xatırlatmaq istəyirik. Hər hansı məhdudiyyət Avropa İnsan Haqları Konvensiyasında və Avropa İnsan Haqları Məhkəməsinin praktikasında müəyyən olunan sərhədlər çərçivəsində olmalıdır”.

Türkiyə-Avropa Birliyi birgə parlamentlərarası komissiyasının həmsədri, Avropa Parlamentinin liberallar qrupunun üzvü Endryü Daff (Andrew Duff) isə baş verənlərə daha sərt münasibət bildirib. “Türkiyənin Avropada yeri varmı?!” –deyə Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinə ehyam edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti