“Türkiyə və Ermənistan sərhədlərinin açılması üçün...”

“Türkiyə və Ermənistan sərhədlərinin açılması üçün...”
  01 İyun 2013    Oxunub:1121
“Sərhədlərin açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir”
“Sivasdan Ermənistanla sərhəd olan Doğuqapıya qədər təxminən 6 ay davam edəcək reys yenilənməsindən sonra qatar səfərləri daha sağlıqlı və təhlükəsiz olacaq”. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri bu sözləri Qarsdan olan milət vəkili Əhməd Arslan deyib.

Onun sözlərinə görə, dəmir yolu reyslərinin 44 ildən sonra yenilənib. Ermənistanla sərhəd olan Doğuqapının açılması barədə danışan deputat bildirib ki, bu sərhədlərin açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir. Millət vəkilinin sözlərinə görə, Türkiyə bu dəmiryolu xəttinə alternativ olaraq, Bakı-Tiflis-Qarsa daha çox önəm verir.

S.İltifatqızı



Teqlər:





Xəbər lenti