Tərtərli uşağın Belarusda böyük uğuru – VİDEO

Tərtərli uşağın Belarusda böyük uğuru – VİDEO
  05 İyun 2015    Oxunub:2829
Belarus Prezidentinin Xüsusi Fondunun baş mükafatını bu il əslən azərbaycanlı - tərtərli olan 13 yaşlı Ruslan Aslanov alıb.

Ruslan Belarusda doğulub. Onun atası ora 1989-cu ildə gəlib. Belarusda doğulmasına baxmayaraq, qarabağlı geni özünü göstərib: Ruslanın çox gözəl səsi var. Və kiçik yaşda artıq bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. Bundan başqa, Belarusda Azərbaycan Cəmiyyətləri Konqresinin gənclər şöbəsinin üzvüdür.

Tərtərdən seçilən millət vəkili Sahib Alıyev bununla bağlı Ruslanın ailəsini təbrik edib: “Ruslan balamıza uğurlar arzulayıram! Tərtərin ağsaqqallarından biri kimi tanıdığım babası Ağa kişiyə "gözünüz aydın olsun",- deyirəm. Çox ehtimal ki, iyulda Minskdə olacam, onda mütləq görüşüb həm bu istedadlı balamızı təbrik edəcəyəm, həm də belə bir fəxr olunası OĞUL böyütdüklərinə görə valideynlərinə təşəkkürümü çatdıracağam”.




Teqlər:  





Xəbər lenti