““Twitter” deyilən bir bəla var”

““Twitter” deyilən bir bəla var”
  03 İyun 2013    Oxunub:1072
Ərdoğan sosial şəbəkələri “bəla” adlandırdı
““Twitter” deyilən bir bəla var. Yalanın böyüyü buradadır. Sosial şəbəkələr deyilən şey əslində cəmiyyətlərin baş bəlasıdır”. Bunu “Habertürk” telekanalının canlı yayımında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yalan məlumatlar yayılır, sonra isə həmin məlumatlar təkzib olunanda kimlərsə eşitmir.

“Mən açıqlamamda nə dedim? Polis gözyaşardıcı qazdan həddindən artıq çox istifadə edib. Deyək ki, dünən polis bunlarını heç birini etmədi. Neylədilər? Polisin maşınını yandırdılar”, - Rəcəb Tayyib Ərdoğan ötən gecə İstanbulda baş verənlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Avropada nümayişlərə polis müdaxiləsi Türkiyədəkindən yumşaq deyil: “İngiltərədə olan şeylər bizdə də olur. İnsanın olduğu hər yerdə olan şeylərdir. Olmasını istəmirik”.(ans)


Teqlər:





Xəbər lenti