Baqdasaryanın apellyasiya şikayətinə baxılır

Baqdasaryanın apellyasiya şikayətinə baxılır
  08 İyun 2015    Oxunub:1528
Gəncə şəhərində erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin məhkəmə prosesi başlayıb.

Mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçıya oxunan hökm üzrə verilən apelyasiya şikayətinə hakim Teyyub Muxtorvun sədrliyi ilə keçirilən prosesdə baxılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilən A.Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.


Teqlər:  





Xəbər lenti