Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

   Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib
  01 İyun 2024    Oxunub:741
Bir neçə gün öncə saxlanılan iqtisadçı Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti