Bakı metropoliteni uşaqlar günü ilə bağlı layihə həyata keçirir

Bakı metropoliteni uşaqlar günü ilə bağlı layihə həyata keçirir
  01 İyun 2024    Oxunub:705
Bakı metropolitenində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti layihələr keçirilir.
AzVision.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, metronun bütün stansiyalarında Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdiyi, eləcə də Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mahnılar, Ulu Öndərin uşaqlara arzuları və tövsiyələri səsləndirilir. Proqrama 30-dan artıq musiqi parçası daxil edilib.

Bundan əlavə metropolitenin daha bir layihəsi yenidən sərnişinlərin ixtiyarına verilib. Bütün qatarlarda stansiyalara uyğun olaraq, “Qapılar bağlanır, növbəti stansiya...” sözlərini uşaqlar elan edirlər.

Layihə Bakı metropolitenində günün sonuna qədər davam edəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti