"Ermənistanın borcudur ki, mina xəritələrini tam şəkildə Azərbaycana versin"

   "Ermənistanın borcudur ki, mina xəritələrini tam şəkildə Azərbaycana versin"
  31 May 2024    Oxunub:1075
Beynəlxalq ictimaiyyət mina probleminin aradan qaldırılmasına lazımi diqqəti yetirməlidir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. Onun sözlərinə görə, bir çox ölkə Azərbaycanda mina təmizləmə prosesinə maliyyə yardımı ayırmaqla bağlı maraqlarını ifadə edib:

"Bu yaxınlarda yaxşı xəbərlər eşidəcəyik. Həmin bölgəyə aid olan digər ölkələrdən də tərəfdaşlarımız bu səylərə qoşulacaqlar. Avropa İttifaqı bu baxımından ən iri donordur və həmin yardımın böyüdülməsi istiqamətində konkret addımlar atmağa hazır olduğunu bildirib".

E. Əmirbəyov əlavə edib ki, Ermənistanın humanitar və mənəvi borcudur ki, mina xəritələrini tam şəkildə Azərbaycana versin:

"Təəssüflər olsun ki, indiyədək Ermənistan bizə minaların basdırıldığı ərazilərlə bağlı dəqiq məlumat verməkdən yayınıb. Həmin məlumat çox keyfiyyətsiz və yararsız vəziyyətdədir. Ümidimiz ondan ibarətdir ki, Ermənistan tələbimizə uyğun olaraq daha dəqiq məlumatı verəcək. Çünki bu, eyni zamanda, tərəflər arasında etimadverici addım kimi də nəzərdən keçirilə bilər".

AzVision.az


Teqlər:





Xəbər lenti