Qonaqlara milli geyimlərimiz nümayiş olunacaq
Sərgi ödənişsizdir, geniş kütlə üçün nəzərdə tutulub. Layihədə bir neçə istiqamət üzrə - qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir olunmuş tablolar yaradılıb, ictimai yerlərdə, hotellərin foyelərində və s. məkanlarda nümayiş etdirilməsi nəzərdə tutulub.
Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək və geyimləri haradan əldə etmək barədə məlumat almaq üçün imkanlar yaradılacaq.
Layihənin məqsədi milli geyimlərimizin nümayişi, adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərimizin təbliğidir.
Sərginin açılış mərasimi sabah keçiriləcək.