Bakıda gələn qonaqlar üçün bu da pulsuzdur

Bakıda gələn qonaqlar üçün bu da pulsuzdur
  10 İyun 2015    Oxunub:3260
İyunun 12-dən 28-dək Nizami Kino Mərkəzinin qapıları "Bakı-2015" İlk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlara açıq olacaq.
AzVision.az xəbər verir ki, kinomərkəz repertuarına xarici dilə tərcümə olunmuş tammetrajlı milli bədii filmləri və idman mövzusunda qısametrajlı və sənədli filmləri daxil edib.

Milli bədii kinolentlər sırasında olan "Nabat", "Çölçü", "Girov", "Ovsunçu" , "Aktrisa", " İlahi məxluq" , "Hökmdarın taleyi", "40-cı qapı", "Axınla aşağı", "Dərvişin qeydləri", "Qafqaza qayıdış", "Sahə", "Niyyət", "Buta", sənədli və qısametrajlı filmlər sırasında "Keçmişə qaçış", "Səhra boksçusu" , "London səhnələri", "Səssiz idman", "Zirvədə həyat", "Oyundankənar ", "Qalib", "Oyun sevgisi", "Slec xokkey", "Valeri Brumel", "Təşəkkür edirəm doktor", "Top həm düşər, həm qalxar", "Həmişə analar günündə", " Çovqan", "Rəqs et" filmləri ingilis dilində subtitrlərlə təqdim olunacaq.

Filmlər iyunun 12-dən 28-dək hər gun saat 17:00-da Kinomərkəzin iki zalında pulsuz nümayiş olunacaq.


Teqlər:  





Xəbər lenti