Fələstinə yeni baş nazir təyin edildi

Fələstinə yeni baş nazir təyin edildi
  03 İyun 2013    Oxunub:1522
Salam Fəyyadı Fəth partiyasının üzvü Rami Həmdallah əvəzləyəcək
Prezident Mahmud Abbasın istəyi ilə Fələstin muxtariyyətinin baş naziri Nablus universitetinin professoru, Fəth partiyasının üzvü Rami Həmdallah seçilib. O, Salam Fəyyadı əvəz edəcək.

Xatırladaq ki, apreldə istefa verən Salam Fəyyadla Mahmud Abbas arasında fikir ayrılıqları var idi. Hazırda yeni nazirin qarşısında duran əsas vəzifə hökuməti formalaşdırmaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti