Ərdoğan Qətərə qaçacaqmı?

Ərdoğan Qətərə qaçacaqmı?
  03 İyun 2013    Oxunub:1429
Suriyanın informasiya naziri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana Qətərdən siyasi sığınacaq istəməyi məsləhət görüb.
Suriyanın informasiya naziri Omran Əz-Zoubi Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanı istefa edərək ölkəni tərk etməyə və Qətərdən siyasi sığınacaq istəməyə çağırıb. Suriya Ərəb Respublikasının baş ideoloqunun fikrincə, Qətər Ərdoğanı qəbul edəcək.

AzVision.az-ın Suriyanın SƏNA dövlət informasiya agentliyinə istinadən verdiyi məlumat görə, Əz-Zoubi həmçinin Türkiyə hökumətini siyasi məhbusları azad etməyə çağırıb. O qeyd edib ki, Ərdoğan hökumətinin dinc nümayişçiləri həbsdə saxlamağa ixtiyarı yoxdur. Suriyalı nazir bildirib ki, Ərdoğan səhvini anlamalı və xalqının maraqlarına hörmət edərək verərək istefaya getməlidir.

Qeyd edək ki, son bir neçə gündür, Suriya KİV-ləri Türkiyənin artıq 67 şəhərini əhatə edən kütləvi etiraz aksiyalarını fəal işıqlandırmaqla məşğuldur.

AzVision.az


Teqlər:  





Xəbər lenti