Alla Puqaçova öldü - Narkotikdən

Alla Puqaçova öldü - Narkotikdən
  12 İyun 2015    Oxunub:48375
Bütün dünyada məşhur olan rusiyalı müğənni Alla Puqaçova dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, o, bu gün günorta saatlarında keçinib. Qızı Krisitina Orbakayte ölümün anidən baş verdiyi bildirib.

Rusiya mətbuatı yazır ki, ilkin ehtimala görə, sənətkarın ölümünə səbəb narkotik vasitələrin istifadəsi olub. Belə ki, içki düşgünü olan Alla son zamanlar istifadəsi qadağan edilən pentobarbital, benzidirin, deksedrin qəbul edirmiş.

Qeyd edək ki, müğənni 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur.

Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.


Teqlər:  





Xəbər lenti