Hitler əsgərlərə narkotik maddə verirmiş

Hitler əsgərlərə narkotik maddə verirmiş
  03 İyun 2013    Oxunub:1799
İkinci Dünya müharibəsi illərində Avropanı lərzəyə gətirən Hitler ordusu narkotik maddədən istifadə edirmiş.
AzVision.az The Telegraph-a istinadən məlumat verir ki, həmin dövrdə həkimlər əsgərlərə “Pervitin” adlı həblər paylayırmış. Bu həb əsgərləri ayıq saxlayırdı. Həmin həb hazırda metamfetamin (christal meth) adı ilə tanınır.

1939-1945-ci illərdə əsgərlərə 200 milyon “Pervitin” həbi verilib. Alman əsgərləri bu həbi “şokolad tuluğu” adlandırırdılar.

Britaniya qəzetləri həmin dövrdə düşmənin “möcüzəli həb”lərdən istifadəsi barədə yazırdı. Hitlerə isə metamfetamin maddəsini həkimi Teodor Morell verirdi.


“Pervitin” həbləri əsgərlərə qüvvət verirdisə, digər tərəfdən onları həbdən asılı vəziyyətə salırdı və əks-təsir göstərirdi. Həbdən uzun müddət istifadə etdikdə, başgicəllənmə, tərləmə, depressiya və hallusinasiya halları yaranırdı.


“Pervitin” həbindən istifadəni əsgərin birinin yazdığı məktub bir daha sübut edir. Henrix Böll adlı əsgər 1940-cı ilin mayında ailəsinə yazdığı məktubda vəziyyətindən şikayətlənir və ona “Pervitin” həbi göndərmələrini istəyir. Böll hətta izah edir ki, bir ədəd həb litrlərlə kofeni əvəz edərək ayıq olmağa kömək edir.

Görünür ki, ona həb çatdırılır. Böll sonralar Almaniyada müharibə yazarı kimi tanınır və 1972-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti