“Mədəniyyət.AZ” jurnalının 4-cü sayı işıq üzü görüb

“Mədəniyyət.AZ” jurnalının 4-cü sayı işıq üzü görüb
  16 İyun 2015    Oxunub:2514
Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan "Mədəniyyət.AZ" jurnalının 4-cü sayı işıq üzü görüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, nəşrdə aprel ayının mötəbər mədəniyyət layihələrindən olan Qara Qarayev adına VI Musiqi Festivalı, "Bakı Prossesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq təşkilatlarda təqdimatları, Beynəlxalq Tarixi Abidələr günü ilə bağlı məqalələr, milli gülüşümüzün tacı Nəsibə Zeynalova, kino və televiziyada gördüyü işləri bir insan ömrünə sığmayan rejissor Tofiq İsmayılov, kinorejissor, aktyor, pedeqoq Rza Təhmasib, kinomuzun mogikanı Muxtar Maniyev, yüksək memarlıq üslubu ilə insanları valeh edən Mikayıl Hüsyeynov, " Fəryad" filmində yaratdığı obrazın möhrünü vuran Ceyhun Mirzəyev kimi sənətkarlarımızın həyat və yaradıcılığı ilə bağlı yazılarda Azərbaycan kino və teatr sənətinin korifeyləri xatırlanır. Oxucular həmçinin maraqlı müsahibələr, məqalələr vasitəsilə təqvimdə yer tutan mühüm beynəlxalq və mədəni hadisələrlə tanış olacaqlar. "Dünya kitab və müəllif hüquqları günü", "Beynəlxalq rəqs günü", "Çanaqala-100 türkçülüyün zəfəri", "Brazilyada Azərbaycan Mədəniyyət Həftəsi", "Maya Plisetskayadan bir dənədir" məqalələri də də bu silsilədəndir..
Jurnalda Mədənəiyyət və Turizm Nazirliyinin ay ərzində həyata keçirdiyi biri-birindən maraqlı, zəngin layihələr, görüşlər mədəniyyətsevənlərə təqdim edilib. Həmişə olduğu kimi, bu dəfə də elm adamları unudulmayıb. Bu rubrikaya görkəmli aftomoloq Zərifə xanım Əliyeva ilə başlanıb. Onun milləti üçün gördüyü xeyirxah əməlllərdən söz açılıb.

Mədəniyyət.AZ yaşı sakinləri kimi kiçik olan, amma tez bir zamanda saatbasaat böyüyən "Kukla Art- qalereyasının yaradıcısı Lalə Kazımova, və qolereyanın qonağı, ABŞ- da yaşayn tanınmış heykəltəraş və rəsammı Tamara Kvesitadze ilə müsahibələrlə tanış ola bilərsiz.

AzVision.az


Teqlər:





Xəbər lenti