Eks prezident intihar etmək istədi

Eks prezident intihar etmək istədi
  04 İyun 2013    Oxunub:1242
Tayvanın hazırda həbsxanada olan eks prezidenti Çen Şui Biyan intihara cəhd göstərib.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, həbsinə etiraz əlaməti olaraq belə bir addım atıb. Həbsxana nəzarətçiləri siyasi motivlərlə həbs edildiyini deyən eks prezidenti özünü hamam dəsmalı ilə asmaq istəyərkən yaxalayıb. Çen üçün xüsusi psixoloq ayrılıb və həkim onun vəziyyətinin tədricən yaxşılaşdığını deyib.

Xatırladaq ki, prezidentlik müddəti 2008-ci ildə bitən Çen Şui Biyan və onun həyat yoldaşı Tayvan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. Buna səbəb isə keçmiş prezidentin maliyyə fırıldağında əli olması, dövlət əmlakının mənimsəməsi və vəzifəsindən sui istifadə kimi ittihamlar göstərilir.


Teqlər:





Xəbər lenti