Deputat Gezi Parkına görə Ərdoğanı məhkəməyə verir

Deputat Gezi Parkına görə Ərdoğanı məhkəməyə verir
  04 İyun 2013    Oxunub:1412
"Millət vəkiliyəm, 10 dəyənək zərbəsi aldım”
Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Məhərrəm İşıq son günlər Taksim Gəzinti parkı ətrafında baş verən hadisələrə görə baş nazir Ərdoğanı məhkəməyə verəcək.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, şənbə günü Ankara Güvənparkda baş verən olaylarda yaralandığını və həkim kağızının olduğunu bildirən deputat “Bibər qazı ilə hücum etdilər. Polislərə etməyin, İnsanlar aksiya keçirir, demokratik hüquqlarından istifadə etmək istəyirlər dedik, heç bir faydası olmadı. Polis birbaşa məni hədəf aldı, üzümə bibər qazı sıxdı, nəfəsim kəsildi. Daha sonra isə 10 dəyənək zərbəsi aldım, halbuki, millət vəkili olduğumu bilirdilər”.

Məhərrəm İşıq bildirib ki, bütün bunların başında baş nazir və onun əmri durur.


Teqlər:  





Xəbər lenti