Danimarkada hicaba icazə verildi

Danimarkada hicaba icazə verildi
  04 İyun 2013    Oxunub:1344
Avropanın qorxulu yuxusuna çevrilən müsəlman qadınların başını bağlaması probleminə Danimarka hökuməti loyallıq nümayiş etdirib.
Belə ki, hökumətin qərarı ilə bir çox ictimai yerlərdə İslam dininə iman gətirən qadınlara çadra geyinməyə icazə verilib. İcazə xüsusilə ölkənin ən böyük supermarketlər şəbəkəsində çalışan qadınlara şamil edilib. Belə ki, bundan sonra "Dansk Supermarket" adlanan şəbəkədə hicablı qadınlar da işə alınacaq.

Həmçinin belə xanımlar dövlət idarələrinə də çarşabda girmək və çalışmaq imkanı qazanıb. Buna səbəb müsəlman qadınların etiraz aksiyalarına start verməsi olub. Etirazların böyüməsindən ehtiyatlanan hökumət qadınların başını bağlamaq azadlığını tanımalı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti