Facebook-un eks-prezidenti cərimələndi

Facebook-un eks-prezidenti cərimələndi
  04 İyun 2013    Oxunub:1382
Məşhur Facebook sosial şəbəkəsinin keçmiş prezidenti Şon Paker ABŞ-ın Kaliforniya ştatının məmuları tərəfindən 2,5 milyon dollar məbləğində cərimə olunub.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Şon Parker toyunu icazəsiz “Big Sur” milli qoruğunda etdiyi üçün 2,5 milyon dollar cərimələnib. Qoruğun ərazisində toy məclisi üçün süni şəlalə və rəqs meydançası qurulub.

Parker qoruq rəhbərliyindən icazə aldığını söyləyib. Lakin məmurlar heç bir icazə alınmadığını bildiriblər. Qeyd edək ki, təntənəli toy gənc milyarderə 10 milyon dollara başa gəlib.



AzVision.az


Teqlər:





Xəbər lenti