Lujkov yenə mer olmaq istəyir

Lujkov yenə mer olmaq istəyir
  05 İyun 2013    Oxunub:1353
Moskvanın İctimai palatasının üzvləri Moskva meri Sergey Sobyaninin bu il Rusiya paytaxtına mer seçkilərinin vaxtından əvvəl keçirilməsi barədə qərarını dəstəkləyiblər.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sobyanin bildirib ki, mer seçkilərinin bu il keçirilməsi üçün Rusiya prezidentinə müraciət edəcək. O özü də seçkilərdə iştirak etmək niyyətindədir.

Moskva meri postuna müxalifətçi Aleksey Navalnıy namizədliyini irəli sürüb. Həmin posta Yuri Lujkov da namizədliyini irəli sürmək niyyətindədir. Keçmiş mer seçkilərdə iştirakı barədə həftə sonunadək cavab verəcək.

Rusiya Federasiyasının qanunvericiliyinə görə, hakim vəzifəni tutan şəxs istefasından iki il keçməmiş həmin vəzifəyə yenidən namizədliyini irəli sürə bilməz. Lujkovun istefasından artıq iki il keçdiyi üçün onun yenidən mer olmasına heç bir maneə yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti