Etirazçıların 7 tələbi

Etirazçıların 7 tələbi
  06 İyun 2013    Oxunub:1413
Türkiyədə etirazçılar hökumət qarşısında 7 tələb qaldırdı
Türkiyədə etirazların davam etdiyi bir vaxtda baş nazirin müavini Bülent Arınc, geniş tərkibli etiraz aksiyalarının təşkilatçıları ilə bir araya gəlib.

Görüşdə etirazçılar, hökumət qarşısında 7 tələb irəli sürüb. Həmin tələblər arasında Gezi parkının park olaraq qalması, Atatürk mədəniyyət mərkəzinin dağıdılmaması və ən maraqlısı ölkədə gözyaşardıcı qaz qumbaralarının istifadəsinin qadağan olunması da var. İstanbulda isə minlərlə etirazçı yenidən Taksim meydanına axın edib.

Hazırda davam edən nümayişlərdə həmkarlar ittifaqlarının üzvləri əksəriyyət təşkil edir. İşçilər hökumətdən sosial sığorta tələb edir. Bu arada, Türkiyədəki olaylara İranın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin sözçüsü Seyid Abbas Əraqçı, Türkiyədəki etirazları İranın təşkil etdiyi ilə bağlı iddiaların əsassız olduğunu bəyan edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti