AzVision.az oxu.az-a istinadən xəbər verir ki, açılan hesabda iranlı zəngin gənclərin lüks və dəbdəbəli həyatını əks etdirən fotoşəkillər paylaşılır.
Fotoşəkillərdə estetik əməliyyat etdirən gənc qadınlar əllərində içki qədəhləri ilə poza verir. Zəngin kişilər isə hovuzda, bahalı avtomobillərində gülümsəyir.
Hesabın bir ay əvvəl açılmasına baxmayaraq, təqibçilərin sayı 100 mindən çoxdur.
Qeyd edək ki, görüntülərdə olan gənclər daha çox paytaxt Tehranın şimalındakı Elahiyə və Fereşteh kimi milyonçular məhəlləsində yaşayan İranın zəngin ailələrinin uşaqlarıdır.