Prezident sülh mükafatı aldı

Prezident sülh mükafatı aldı
  06 İyun 2013    Oxunub:1350
Fransa prezidenti Fransua Olland BMT-nin sülh mükafatı ilə təltif olunub.
AzVision.az Huffing Post-a istinadən məlumat verir ki, Fransua Olland Afrikanın Mali dövlətinə silahlı müdaxilə etdiyi üçün “UNESCO”-nun “Felix Houphouet-Boigny” mükafatına layiq görülüb.

Fransız qoşunları yanvar ayında Maliyə daxil olmamışdan qabaq ölkənin şimalı Əl-Qaidə ilə əlaqəli qruplar tərəfindən idarə olunurdu. Ekstremistlər paytaxtı tutacaqlarını iddia edirdilər. Bunun üçün Fransa Maliyə yardım üçün oraya qoşun yeridir.

Olland eyni zamanda iki təşkilata yardım etdiyi üçün 150 min dollar pul mükafatı qazanıb. Həmin təşkilatlardan biri məhz yaralı əsgərləri sağaltmaqla məşğuldur.

AzVision.az


Teqlər:





Xəbər lenti