Yağış haqqında bilmədiklərimiz - Maraqlı

Yağış haqqında bilmədiklərimiz - Maraqlı
  20 İyul 2015    Oxunub:18049
Son zamanlar Yay fəsli olmasına baxmayaraq paytaxt Bakı və rayonlarda yağış yağması intensiv xarakter alıb.
Sanki Payız qayıdıb. Bu gecə isə üç rayona güclü yağış yağıb. Evlərə, avtomobillərə, təsərrüfata ciddi ziyan dəyib. Bəs biz bu yağış haqqında nə bilirk?

AzVision.az bir çox insanların buludlardan gələn təhlükə haqqında maraqlı faktları təqdim edir.

1. Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.

2. Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni
vaxtda leysan yağır.

3. Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa
düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.

4. Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi əslində aktino və
sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.

5. Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki ölkədə ildə 250 gün yağış
yağır.

6. Radioda hava proqnozlarının yaranmasəbəbi yağış olub. Amerikalı radiostansiya
sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış
haqda məlumat verən yeni rubrika açıb.

7. Quraqlıq Bostvanada insanlar yağış mənasına gələn "pula" sözü ilə salamlaşır,
həmçinin ölkənin valyutası da "yağış" adlanır.

8. Kubada yalnız siesta vaxtı, Taylandda isə yalnız gecə yağış yağır.

9. XVII əsrdə Böyük Britaniyada yağış haqqında qanun mövcud idi. Onun əsasında
səhv məlumat verən sinoptiki edam edirdilər.

10. Əgər insan səhradadırsa yağışın altında tamamilə quru qala bilər. Əslində səhrada
yağış olsa da onu hiss etmək mümkün deyil. Belə ki, damlalar yerə çata bilmədən isti
havada buxarlanırlar.

11. Hidrometeorologiya mərkəzinin bütün ifadələrinin konkret mənası var. Məsələn,
"qısamüddətli yağış" dedikdə yağış 3 saatdan çox davam etməyəcək, "yağış gözlənilir" dedikdə yarım gündən az davam etməyəcək mənasına gəlir."Əhəmiyyətli yağıntı olmayacaq" yağışın yağmaması mənasına deyil, hər kvadrat metrə 0,3 litrdən çox yağıntı düşməyəcəyi mənasına gəlir.

12. Cherapundzhi şəhəri(Hindistan) dünyanınən yağıntılı ərazisidir. Ora il ərzində 25460
mm yağıntı düşür.

13. Normal yağışın turşululuğu pH 5,6-dır. Əgər turşululuq səviyyədi daha aşağı olarsa
yağışı turşulu yağış adlandırırlar. pH 5,5 olanda bakteriyalar ölür, 4,5 olanda isə
həşəratlar, suda-quruda yaşayanlar və balıqlar ölür.

14. Ohio ştatının Uaynsberg şəhərində hər il 29 iyulda yağış yağır. Bu artıq 100 ildir ki
davam edir.

15. Bu gün artıq süni yağış yaratmaq mümkündür. Təyyarədən quru buz parçalarını
bulud toplularının üstünə atırlar. Buludda carbon dioxid suyla qarışır və qar dənəsi
kimi düşür, yerə düşərkən istilik nəticəsində qızır və yağış damlasına çevrilir. Bu yolla
quraqlıqla mübarizə aparmaq mümkündür.

16. Hər il yerə 519 000 km3 yağıntı düşür (hər km3 miyard ton sudur).

17. Təxminən 100 milyonda bir insanın yağışa qarşı allergiyası var. Suyun bədəninə
istənilən təması qızartı, şişkinlik ilə nəticələnir, yağışa düşəndə isə belə insanlar
ölə bilərlər.

18. San-Fransiskoda metereoloji stansiya 4/6 ehtimalı ilə yağış haqda proqnoz verir.
Sadəcə yerli meteoroloqlardan 10-u yağışın yağıb yağmayacağı haqda səsvermə keçirir
və nəticəni dinləyicilərə nisbi halda təqdim edirlər.

19. Ən ağır dolu 1986-cı ildə Gopalganja yağmışdır. Bir dolunun ağırlığı 1 kq-dan çox
idi. Bu "yağışdan" 92 nəfər həyatını itirmişdi.


Teqlər:  





Xəbər lenti