ABŞ-da telefon qalmaqalı davam edir

ABŞ-da telefon qalmaqalı davam edir
  10 İyun 2013    Oxunub:1278
Xüsusi xidmət orqanlarının bu gizli layihəsi barədə mətbuata idarənin keçmiş əməkdaşı məlumat verib
ABŞ-ın Vaşinqton Post və Qardian qəzetləri vətəndaşların telefon danışıqlarının dinlənilməsi barədə informasiyanı mediaya sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşının adını açıqlayıb. Xüsusi xidmət orqanlarının bu gizli layihəsi barədə mətbuata idarənin keçmiş əməkdaşı Edvard Snouden xəbər verib. Məhz o, bütün dünyaya bəyan edib ki, Verayza mobil operatorunun obonentləri ilə yanaşı, Microsoft, Google və Facebook serverləri və digər İnternet nəhənglərinin istifadəçilərinin də telefon danışıqları dinlənilir. Hazırda Honkonqda olan Edvard Snouden adı açıqlandıqdan sonra qaldığı mehmanxanadan çıxmağa ehtiyatlanır. O, ölkəsinə təhvil veriləcəyindən narahatdır.


Teqlər:





Xəbər lenti