`Qarabağ üçün Oxu – 2`nin studiya yazılışları – Kadrarxası VİDEO
İkinci buraxılışda `Qarabağ üçün Oxu` komandası iki mahnı ifa edəcək. Bunlar `Tut ağacı boyumca` və Polad Bülbüloğlunun reperturından olan `Aman-aman ayrılıq` mahnılarıdır. Hər kəs tərəfindən çox sevilən bu mahnılar birinci buraxılışda olduğu kimi, müxtəlif janrlar dəyişiklikləri və qeyri-adi aranjmanla dinləyicilərə təqdim olunacaqlar.
Qeyd edək ki, `Qarabağ üçün Oxu`nun layihə rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, bədii rəhbəri gənc müğənni və aranjmançı Rəmal Rəsul, koordinatoru isə Yaqub İlyasovdur.
Layihənin ikinci buraxılışının oktyabr ayında hazır olacağı gözlənilir.







Vaxtında, Aydın, Lazımlı!


